14 iyul 2026 23:58
82

Yann Zommerin yeni klubu bəlii oldu

İsveçrəli qapıçı Yann Zommerun yeni klubu bəlli olub. Təcrübəli qolkiper Belçikanın "Brügge" komandası ilə rəsmi müqavilə bağlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Belçika klubunun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı futbolçu İtaliyanın "İnter" klubunda keçirdiyi üç mövsümdən sonra azad agent kimi Belçika təmsilçisinə qoşulub. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Zəngin karyeraya malik olan Zommer daha əvvəl "Bazel", Münhenqladbax "Borussiya"sı, "Bavariya" və "İnter" kimi klubların formasını geyinib. O, çıxış etdiyi dövrdə dörd dəfə İsveçrə, iki dəfə İtaliya və bir dəfə Almaniya çempionu adını qazanıb.

İsveçrə millisinin də əsas simalarından biri olan Yann Zommer yığmanın heyətində 94 oyunda meydana çıxıb. Təcrübəli qapıçı 2024-cü ilin yayında milli komandadakı karyerasını başa vurduğunu açıqlamışdı.