Qida təhlükəsizliyi sisteminin strateji inkişafını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026–2032-ci illər üçün Dövlət Proqramı”nın layihəsi aidiyyəti üzrə təqdim olunub. Proqramda 10 prioritet istiqamət üzrə, azad zonaların yaradılması, Qida Təhlükəsizliyinə Nəzarət məntəqələrinin qurulması, heyvanların identifikasiyasının tamamlanması, vahid sağlamlıq konsepsiyasının genişləndirilməsi kimi 60 mühüm tədbir nəzərdə tutulub.
Bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında AQTA-nın sədr müavini Əli Nəbiyev deyib.
Sədr müavini media nümayəndələrinin diqqətinə çatdırıb ki, beynəlxalq müstəvidə Agentliyin təcrübəsinə maraq böyükdür. Belə ki, Özbəkistanda məhz AQTA-nın "Tarladan süfrəyə" prinsipinə əsaslanan vahid idarəetmə modeli əsasında yeni "Qida Təhlükəsizliyi Komitəsi" təsis edilib.
Yaqut Ağaşahqızı, “İki sahil”