Azərbaycanın oğlanlardan ibarət U-20 basketbol millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının B divizionunda 9-16-cı yerlər uğrunda oyunlarda ilk görüşünü keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Millimiz İsveçrə seçməsi ilə oyunda hesabda geri olsa da, geridönüş edərək yekunda 72:66 hesablı qələbə qazanıb. Görüşün ən məhsuldar oyunçusu 25 xal, 6 assist, 5 ribaund ilə millimizin üzvü Derin Berkoz seçilib.
Qeyd edək ki, yığmanın növbəti oyunu 18 iyulda baş tutacaq. Rəqib Danimarka - Bosniya və Herseqovina cütünün qalibi olacaq.