18 iyul 2026 11:18
83

Küveytdə elektrik stansiyası yanır

İranın hücumları nəticəsində Küveytdə elektrik stansiyası və duzsuzlaşdırma qurğusunu birləşdirən kompleksdə yanğın aş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Küveytin Elektrik Enerjisi, Su və Bərpa Olunan Enerji Mənbələri Nazirliyi məlumat yayıb.

"İranın Küveyt Dövlətinə qarşı həyata keçirdiyi dəhşətli hücum nəticəsində düşmənin hədəfinə çevrilən daha bir duzsuzlaşdırma qurğusu və elektrik stansiyasında yerləşən kompleksin bir hissəsində yanğın baş verib", - deyə nazirliyin "X" hesabında paylaşdığı məlumatda deyilir:

Qurumun məlumatına görə, kompleksin fəaliyyəti qismən məhdudlaşdırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Müvafiq xidmətlər yanğının nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar.