18 iyul 2026 13:58
97

Makron 2027-ci il seçkiləri ilə bağlı sorğulara ehtiyatla yanaşmağa çağırıb

Fransa Prezidenti Emmanuel Makron 2027-ci il prezident seçkilərində Milli Birlik (RN) partiyasının lideri Marin Lö Penin qələbəsini proqnozlaşdıran rəy sorğularına ehtiyatla yanaşmağa çağırıb. O bildirib ki, seçki nəticələrini əvvəlcədən müəyyən edilmiş kimi qəbul etmək doğru deyil.

“İki sahil” xəbər verir ki, Makron 2016-cı ildəki proqnozların 2017-ci ilin mayındakı nəticələrdən fərqli olduğunu xatırladıb.

"Düşünürəm ki, Fransa xalqına etibar etmək lazımdır. Həmişə ən pis ssenarini proqnozlaşdırmayın, insanlara ən yaxşısını seçmək imkanı verin", – deyə Makron bildirib.

Müşahidəçilərin fikrincə, Fransada ifrat sağçı qüvvələrin hakimiyyətə gələ biləcəyi ehtimalı Rusiyadan gələn təhlükələr və ABŞ-nin Avropadakı rolunun azalması ilə bağlı narahatlıqlar fonunda əlavə qeyri-müəyyənlik yaradır.