18 iyul 2026 23:44
118

İraq bp və ConocoPhillips ilə Kərkük neft sektoruna dair memorandum imzalayıb

İraqda Kərkük neft sektorundakı potensial və perspektivli imkanları öyrənmək üçün bp və ConocoPhillips şirkətləri ilə anlaşma memorandumu imzalanıb.

“İki sahil” İraq xəbər agentliyinə istinadla bildirir ki, sənəd İraqın neft naziri Bəsim Məhəmməd Xudair əl-Abadinin iştirakı ilə baş tutan görüşdə imzalanıb.

Nazirliyin bəyanatında bildirilib ki, Anlaşma memorandumunun məqsədi Kərkük neft sektorundakı potensial və perspektivli imkanları öyrənmək və kəşfiyyat və işlənmə sahələrində müvafiq tərəflər arasında gələcək əməkdaşlığı gücləndirmək imkanlarını araşdırmaqdır.