18 iyul 2026 23:52
119

Almaniya Kansleri Fridrix Merts istefaya çağırıldı

Almaniya üçün Alternativ Partiyasının həmsədri Alis Vaydel bildirib ki, kansler Fridrix Mertsin rəhbərlik etdiyi Almaniya hökuməti ictimai dəstəyin aşağı olması səbəbindən istefa verməlidir.

“İki sahil” xəbər verir ki, Maqdeburqda keçirilən seçki tədbirində çıxış edən Alis Vaydel kanslerin reytinqinin 15% olduğunu qeyd edib.

"Almaniya hökuməti sabah istefa versə daha yaxşı olar. Çünki heç bir dəstəyi yoxdur", - deyə siyasətçi bildirib.

Vaydel əvvəllər də Mertsi sərt tənqid edərək onun kansler vəzifəsindən ayrıldıqdan sonra "yanmış torpaq" qoyub gedəcəyini bildirmişdi.