19 iyul 2026 10:16
160

DÇ-2026-nın qalibi bu gün müəyyənləşəcək

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı bu gün keçiriləcək final oyunu ilə başa çatacaq.

“İki sahil” xəbər verir ki, həlledici görüşdə son dünya çempionu Argentina millisi İspaniya yığması ilə qarşılaşacaq.

Nyu-Yorkdakı "MetLayf" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olacaq.

Qeyd edək ki, üçüncü yer uğrunda keçirilən oyunda İngiltərə millisi Fransanı 6:4 hesabı ilə məğlub edərək bürünc medallara sahib çıxıb.