Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında "AnewZ" telekanalının Gəncənin ispan aviatorları barədə hazırladığı sənədli filmi paylaşıb.
“İki sahil” xəbər verir ki, "The aviators of Ganja - AnewZ investigative documentary" adlı film Gəncənin tarixində az tanınan səhifələrdən birinə həsr olunub.
Filmdə qeyd olunur ki, 1936–1939-cu illərdə İspaniya Vətəndaş Müharibəsi zamanı pilot hazırlığı üçün Gəncəyə gələn gənc ispanların taleyi sonradan baş verən siyasi hadisələr nəticəsində dəyişib. Frankonun qələbəsindən sonra onların bir çoxu vətənlərinə qayıda bilməyib və SSRİ-də qalıblar.
Bildirilib ki, həmin pilotların bir hissəsi sonradan Sovet ordusunda xidmət edib, II Dünya müharibəsi illərində Azərbaycanın səmasının və Bakı neft yataqlarının faşist aviasiyasından müdafiəsində iştirak edib. Onların bir çoxu isə doğma vətəninə bir daha qayıda bilməyib.
Sənədli filmdə vurğulanır ki, ispan aviatorlarının xatirələrində ən çox Azərbaycan xalqının qonaqpərvərliyi və çətin günlərdə belə sahib olduqlarını bölüşməsi xüsusi yer tutub.
Gəncənin ispan pilotları ilə bağlı bu hadisə tarixin az tanınan, lakin təsirli səhifələrindən biri kimi təqdim olunur.
Gəncənin yaddaşında gizlənən bir sirr var idi: niyə bəzi yaşlılar bir məktəbi “İspan məktəbi” adlandırır, şəhərdə isə ispan pilotlarının məzarları qalırdı? Uşaqlıqdan bu suallar məni həmişə düşündürürdü.@AnewZ-un hazırladığı sənədli film bu unudulmuş tarixə işıq salır.… pic.twitter.com/VgpM2F7LSZ
— Hikmet Hajiyev (@HikmetHajiyev) July 19, 2026
Vüqar Rəhimzadə: Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib
BMT-də Azərbaycanın iqlim və şəhərsalma gündəlikləri ilə bağlı təcrübəsi qabardılıb