20 iyul 2026 21:31
144

“Qarabağ” - “Vestri” matçı bu göstəricidə birinci oldu

“Football Meets Data” 2026/27 mövsümü avrokubokların ilk təsnifat mərhələsində qeydə alınan tamaşaçı sayını açıqlayıb.

“İki sahil” xəbər verir ki, siyahının zirvəsində “Qarabağ”ın İslandiya təmsilçisi “Vestri” ilə keçirdiyi ilk görüş yer alıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı (3:0) 23 549 azarkeş izləyib. Bu göstərici ilə “Qarabağ” - “Vestri” matçı ilk təsnifat mərhələsinin ən çox tamaşaçı toplayan oyunu olub.

İlk üçlükdə aşağıdakı görüşlər qərarlaşıb:

1. “Qarabağ” - “Vestri” - 23 549 tamaşaçı;

2. “Hayduk Split” - “Jilina” - 22 352 tamaşaçı;

3. “Universitatya Kluj” - “Dinamo” (Kiyev) - 20 043 tamaşaçı.

Azərbaycanı təmsil edən digər klub - “Sabah” da siyahıda yer alıb. “The New Saints”lə Bakıda oyunu (2:0) 7 min azarkeş izləyib. Bakı təmsilçisi bu göstərici ilə ilk “15-lik”də 15-ci pillədə qərarlaşıb.