ABŞ hərbçiləri İranın Xomeyn şəhərində sənaye obyektinə hava zərbələri endirib.
“İki sahil” ISNA-ya istinadən xəbər verir ki, bu barədə şəhər rəhbərliyi məlumat yayıb.
"Hava zərbələri insan tələfatına gətirib çıxarmayıb. Hazırda dəyən ziyanı qiymətləndirmək üçün ekspert araşdırmaları aparılır", - məlumatda bildirilib.
Xatırladaq ki, İranın Fars vilayəti də iki dəfə hücuma məruz qalıb.