21 iyul 2026 17:30
133

Ürək-damar xəstəlikləri niyə cavanlaşır? - ÜRƏK HƏKİMİ İZAH EDİR

Mütəxəssis risk faktorlarını açıqlayıb və sağlam həyat tərzinin əhəmiyyətindən danışıb

Son illərdə ürək-damar xəstəliklərinin daha gənc yaşlarda müşahidə olunması dünya ilə yanaşı Azərbaycanda da ciddi narahatlıq doğurur.

"İki sahil"ə özəl müsahibəsində İlqar Heybətov bildirib ki, bu tendensiyanın əsas səbəbi genetikanın dəyişməsi deyil, insanların həyat tərzində baş verən dəyişikliklərdir.

O qeyd edib ki, yaş, irsiyyət və cins dəyişdirilməsi mümkün olmayan risk amilləridir. Siqaret, yüksək arterial təzyiq, şəkərli diabet, artıq çəki, yüksək xolesterin, fiziki passivlik, qeyri-sağlam qidalanma və xroniki stress isə dəyişdirilə bilən risk faktorlarıdır.
İ.Heybətov əlavə edib ki, sağlam həyat tərzi və risk amillərinin vaxtında nəzarətə götürülməsi genetik meyilliliyin mənfi təsirini əhəmiyyətli dərəcədə azalda bilər.

Onun sözlərinə görə, müasir kardiologiyanın əsas məqsədi xəstəliyi müalicə etməkdən daha çox onun yaranmasının qarşısını almaqdır.

Yaqut Ağaşahqızı, “İki sahil”