21 iyul 2026 22:54
117

İzmirdə 32 qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir vilayətinin Seferihisar rayonu sahillərində 32 qeyri-qanuni miqrant saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Məlumata görə, sahil mühafizəsinin əməkdaşları qeyri-qanuni miqrantların olduğu qayığı saxlayıblar.

"Qayıqda olan 32 nəfər qeyri-qanuni miqrant saxlanılıb. Onlar Miqrasiya İdarəsinə göndəriliblər".