22 iyul 2026 22:44
112

"Axios": Zelenski Trampın elçiləri ilə sülh danışıqlarının bərpası yollarını müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid amerikalı məmura istinadən "X" sosial şəbəkə hesabında yazıb.

Tərəflər Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik səylərin bərpası yollarını müzakirə ediblər.

"Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparıb. Tərəflər müharibənin başa çatdırılması üzrə diplomatik səylərin necə bərpa olunacağına dair ideyaları müzakirə ediblər", - o yazıb.

V. Zelenskinin müşaviri Dmitri Litvin xəbəri təsdiqləyib.