22 iyul 2026 23:00
114

İran ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqlayıb: Ya hamısı, ya da heç biri!

İran, əgər Tehranın özü belə imkana malik olmayacaqsa, regionda heç kimin neft satmasına icazə verməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Baqer Qalibaf bildirib.

"Regionda bizim neft satmayacağımız yerdə heç kim neft satmayacaq. Əgər bizim təhlükəsizliyimiz təmin olunmasa, heç bir infrastruktur obyekti təhlükəsiz qalmayacaq. Hörmüz boğazının təhlükəsizliyi isə yalnız Amerika qüvvələrinin olmadığı halda mümkündür", – deyə o, bildirib.

Qalibaf vurğulayıb ki, ABŞ ilə münaqişədə yaranmış vəziyyətin məntiqi belə bir qaydaya gəlib çıxıb: "Ya hamısı, ya heç kim!".