Suriyada baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 35 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“İki sahil” SANA agentliyinə istinadla xəbər verir ki, faciə Dəməşq–Deyr əz-Zor magistral yolunun Suxnə ilə Palmira (Tədmur) şəhərləri arasındakı hissəsində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində baş verib.
Qeyd olunur ki, yaralıların və həlak olanların təxliyəsi üçün bir neçə helikopter cəlb edilib.