25 iyul 2026 16:26
114

Konqoda Eboladan ölənlərin sayı 1309 nəfərə çatıb

Demokratik Konqo Respublikasında (DRK) Ebola virusundan təsdiqlənmiş ölüm hallarının sayı 1 309-a çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Rabitə və Media Məsələləri Nazirliyi məlumat yayıb.

Ebola virusuna yoluxanların sayı 2 973 nəfər təşkil edir. Ölüm göstəricisi 44,0 faizdir.

Hazırda xəstəxana və təcridxanalarda Ebola virusuna yoluxduğundan şübhələnilən 766 nəfər var. Ebola virusuna yoluxmuş şəxslərlə təmasda olanların izlənilməsi göstəricisi 73,9 faiz təşkil edir.