27 iyul 2026 10:37
97

Tramp İranla bağlı vəziyyətin inkişafı üçün üç variantı nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp İranla müharibədə vəziyyətin inkişafı üçün üç variantı nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki,  bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Nəşrin verdiyi məlumata görə, bu variantlara aşağıdakılar daxildir: hərbi gərginliyin artırılması (eskalasiya); yeni sanksiyaların tətbiqi vasitəsilə İrana qarşı iqtisadi təzyiqlər; Birləşmiş Ştatların müharibədə qələbəsini elan edərək münaqişədən çıxması. "Variantların hər biri son həftələrdə ABŞ vitse-prezidenti Cey Di Vens, ABŞ hərbi naziri Pit Heqset, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Den Keyn, xüsusi nümayəndə Stiv Vitkoff və Cared Kuşnerin iştirakı ilə keçirilən görüşlərdə müzakirə olunub", - deyə qəzet dəqiqləşdirib.

"The New York Times" qeyd edir ki, münaqişənin beş ayı ərzində ABŞ hərbi güc tətbiq etməklə İran hökumətini devirmək də daxil olmaqla öz məqsədlərinə nail ola bilməyib.