27 iyul 2026 10:54
98

ABŞ və Liviya hərbi əməkdaşlığı dərinləşdirəcək

ABŞ prezidentinin Afrika və ərəb ölkələri üzrə baş müşaviri Massad Bulos Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dbeybə ilə danışıqlar aparıb, Trablus ilə Birləşmiş Ştatlar arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini və ölkənin birləşdirilməsi istiqamətində növbəti addımları müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə Bulos "X" sosial şəbəkə hesabında yazıb

"Biz Liviyanın birləşdirilməsi yolunda növbəti addımları, o cümlədən ölkənin iki hissəsi arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Həmçinin Liviya qüvvələri ilə ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRICOM) arasında daha sıx koordinasiya və qarşılıqlı fəaliyyət üçün yeni razılaşma imkanlarını nəzərdən keçirdik", — deyə Bulos yazıb.

O əlavə edib ki, ABŞ Liviyanın ərazi bütövlüyünün və siyasi birliyinin bərpası üçün səylərini davam etdirəcək.

Aprel ayında ABŞ ilk dəfə olaraq Liviyada "Flintlock 2026" hərbi təlimlərini keçirib. Bu təlimlərdə bir-biri ilə rəqabət aparan hər iki Liviya hökumətinin silahlı qüvvələri iştirak edib.