Ottava meri Mark Satkliff Kanada məhsullarına tətbiq edilən yeni ABŞ rüsumlarına cavab olaraq şəhər administrasiyasının binası qarşısında nəhəng Kanada bayrağının qaldırılması barədə sərəncam verib.
“İki sahil” xəbər verir ki, bu barədə mer "X" sosial şəbəkəsində yazıb.
"Ottavada və bütün Kanadada bir çox müəssisəyə qarşı son vaxtlar tətbiq edilən yeni [Amerikanın] cəza rüsumlarını nəzərə alaraq, hesab edirəm ki, indi şəhərimizin və ölkəmizin güclü və vahid olduğunu göstərmək hər zamankindən daha vacibdir", - deyə mer qeyd edib.
Satkliff həmvətənlərini bundan sonra da "ağcaqayın yarpağını qürurla nümayiş etdirməyə və daha güclü, davamlı və müstəqil iqtisadiyyat qurmaq üçün birlikdə çalışmağa" çağırıb.
İyulun 21-də ABŞ Prezidenti Donald Tramp Kanadanın Amerika mallarına qarşı addımlarına cavab olaraq Kanada məhsullarına 50% həcmində əlavə idxal rüsumları tətbiq edib. Rüsumlar enerji daşıyıcılarına, kaliuma, eləcə də dəniz məhsulları və kritik minerallara şamil olunmayacaq. Rüsumların avqustun 19-da qüvvəyə minəcəyi gözlənilir.
Kanadanın Baş naziri Mark Karni bəyan edib ki, Ottava Amerikanın yeni rüsumlarına cavab verməyə hazırdır, lakin onlar qüvvəyə minənədək heç bir addım atmayacaq.