29 iyul 2026 13:29
105

Netanyahu Nyu-York merinin həbs çağırışlarına baxmayaraq şəhərə səfər edəcəyini bildirib

İsrailin Baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında meqapolisin meri Zohran Mamdaninin onu həbs etmək çağırışlarına baxmayaraq, sentyabr ayında Nyu-Yorka gəlmək niyyətində olduğunu bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail hökumətinin rəhbəri "Fox News" telekanalına müsahibəsində bildirib.

"Mən Nyu-Yorka gedirəm... Nyu-York sakinləri arasında nifaq salan və nifrət qızışdıran bu seçilmiş rəsmi şəxsin üzünə həqiqəti deyəcəyəm", — deyə, o, qeyd edib.

Əvvəllər Nyu-York meri Zohran Mamdani bəyan etmişdi ki, onun administrasiyası Netanyahunun şəhərə gələcəyi təqdirdə saxlanılması imkanlarını araşdırır.