29 iyul 2026 15:17
103

Netanyahu Vaşinqtonda Zelenski ilə görüşdən İMTİNA EDİB?

İsrailin Baş naziri Benyamin Netanyahu bu həftə hər iki liderin Vaşinqtonda olduğu müddətdə Volodimir Zelenski ilə görüş keçirməkdən imtina edib.

“İki sahil” xəbər verir ki, bu barədə məsələdən xəbərdar olan mənbələrə istinadla "Haaretz" qəzeti məlumat yayıb.

Qəzetin həmsöhbəti bildirib ki, ilk olaraq Zelenskinin ofisi görüş haqqında razılığa gəlmək üçün İsrail Baş nazirinin dəftərxanası ilə əlaqə saxlayıb, lakin İsrail tərəfi cavab verməyib.

Digər Ukrayna mənbəsi isə iddia edib ki, guya görüş ilkin olaraq Netanyahunun dəftərxanası tərəfindən təklif edilib, lakin Kiyev razılıq verdikdən sonra iyulun 28-dək qarşı tərəfdən heç bir cavab gəlməyib. İyulun 28-də isə İsrail rəsmiləri vaxt məhdudiyyəti səbəbindən Baş nazirin bu görüşü keçirə bilməyəcəyini bəyan ediblər.

Çərşənbə akşamı ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Netanyahu və Zelenski ilə ayrı-ayrılıqda görüşlər keçirib. Elə həmin gün hər iki lider senator Lindsi Qremin dəfn mərasimində iştirak ediblər. "Haaretz" qeyd edir ki, mərasim zamanı Zelenski Netanyahuya yaxınlaşıb və onlar qısa fikir mübadiləsi aparıblar. İsrail Baş nazirinin dəftərxanası məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Nəşr xatırladır ki, Netanyahu və Zelenski 2023-cü ilin sentyabrında keçirilən BMT Baş Assambleyasından bəri üz-üzə görüşməyiblər.