29 iyul 2026 23:27
92

"İnter"də yeni müqavilə

"İnter" müdafiəçisi Yann Bisseklə yeni müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.

Yeni sözləşməyə əsasən, almaniyalı futbolçu 2031-ci ilin yayına qədər "İnter"də çıxış edəcək.

Bissek 2023-cü ildən "İnter"in formasını geyinir. O, bu müddətdə iki dəfə A Seriyasının (2023/2024, 2025/2026), həmçinin İtaliya Kuboku və Superkubokunun qalibi olub.

25 yaşlı müdafiəçi ötən mövsüm bütün turnirlərdə 36 matç keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.