04 avqust 2026 12:33
119

Ukraynada elektrik stansiyalarının 80%-dən çoxu məhv edilib və ya zədələnib

Ukraynanın elektrik stansiyalarının 80%-dən çoxu zədələnib və ya tamamilə sıradan çıxarılıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşrinə verdiyi müsahibədə Ukraynanın Baş nazirinin birinci müavini - energetika naziri Denis Şmıqal bildirib.

Nazir qeyd edib ki, ölkənin enerji infrastruktura dəyən kütləvi zərbələrdən sonra daxili elektrik generasiyası 12 QVt-a qədər azalıb, defisit isə təxminən 6 QVt təşkil edib.

Məlumat üçün bildirək ki, 2022-ci ilin fevralına qədər Ukrayna energosisteminin ümumi gücü təxminən 56 QVt idi.