Madridin «Real» futbol klubu braziliyalı hücumçu Vinisius Junior ilə yeni müqavilə imzalamağa yaxındır.
“İki sahil” xəbər verir ki, bu barədə «The Athletic» portalı məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, klubun baş direktoru Xose Anxel Sançes və baş skaut Xuni Kalafat futbolçunun nümayəndələri ilə görüş keçiriblər. Onlar Vinisiusun tərəfinə «oyunçunun komanda və layihə üçün əhəmiyyətini əks etdirən» təkmilləşdirilmiş müqavilə təklif ediblər. Braziliyalının yaxın ətrafı danışıqların «maksimum dərəcədə pozitiv» keçdiyini bildirib.
26 yaşlı forvardın «Real» ilə qüvvədə olan müqaviləsi 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub. Əvvəllər mətbuatda Vinisiusun müqaviləni uzatmaq üçün klubdan 80 milyon avro bonus tələb etdiyi, həmçinin imic hüquqlarındakı payını 50%-dən 80%-ə qaldırmağı xahiş etdiyi bildirilirdi.
İyulun sonunda KİV-də Londonun «Arsenal» klubunun «Real»a Vinisius üçün 135 milyon avro (bonuslarla birlikdə bu məbləğ 145 milyon avroya çata bilərdi) təklif etdiyi barədə xəbərlər yayılmışdı.