08 avqust 2026 13:13
113

FHN: Dənizdə batan şəxsin meyiti tapıldı

6 avqust 2026-cı il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.