Türkiyənin Nəqliyyat Nazirliyi Türk ticarət gəmilərinə hücumların tez-tez baş verməsi fonunda gəmiçilik şirkətlərinə Qara dənizdəki təhlükəsizlik vəziyyəti ilə bağlı xəbərdarlıq edib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin "Aydınlık" qəzeti məlumat yayıb.
Hökumət mənbələrinə istinadən yazan nəşrin məlumatına görə, Türkiyə hakimiyyəti ölkənin suveren dəniz ərazisindən kənarda yerləşən zonalara üzən tərəflərin olası riskləri nəzərə aldığını əsas götürür. Respublikanın öz ərazi sularından kənarda baş verən insidentlərə müdaxiləsi Ankaranın münaqişə tərəflərindən birini dəstəkləməsi kimi qiymətləndirilə bilər.
Əvvəllər "Bloomberg" agentliyi Türkiyə hakimiyyətinin Qara dənizdə ticarət gəmiçiliyinə məhdudiyyətlər tətbiq etməyə başladığını xəbər vermişdi.
"Aydınlık" qəzetinin məlumatına görə, 10-a yaxın gəmiyə Dardanel boğazından çıxış icazəsi verilməyib və oxşar təcrübənin Mərmərə və Qara dəniz limanlarında da tətbiq olunacağı gözlənilir. Rəsmi olaraq bu məlumat təsdiqlənməyib, həmçinin Dardanel və Bosfor boğazları vasitəsilə Qara dənizə gəmilərin keçidinə qoyulan məhdudiyyətlər barədə də rəsmi açıqlama verilməyib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 8-də "Anadolu" agentliyinə bildirib ki, Ankara Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı vəziyyəti diqqətlə izləyir və Ukrayna münaqişəsinin tərəflərinə hərbi əməliyyatlara, o cümlədən dəniz hövzəsindəki vəziyyətə moratorim qoyulması təklifini çatdırıb.
Karapetyanın keçmiş vəkili müxalifətdən Ermənistan parlamentinin vitse-spikeri seçilib