12 avqust 2026 22:52
93

Bayıl və Badamdarda qazın verilməsində fasilə yaranacaq

Təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 13-də Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatında fasilə saat 10:00-dan işlər yekunlaşanadək davam edəcək.