14 avqust 2026 13:05
115

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib

Bakı şəhərinin Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil edilib.

“İki sahil” bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir.

Məlumata görə, bununla da Rəşid Behbudov küçəsi və Vaqif prospektindəki mövcud zolaqlar birləşdirilib. Ərazidə müvafiq yol nişanları quraşdırılıb.

Yaxın günlərdə təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.