14 avqust 2026 13:12
107

Britaniya Hərbi Dəniz Qüvvələri ticarət gəmilərini qorumaq iqtidarında deyil?

Böyük Britaniyada ardıcıl hökumət dəyişiklikləri fonunda Hərbi Dəniz Qüvvələrində (HDQ) ciddi ixtisarlar baş verib və nəticədə hərbçilər ticarət gəmilərinin təhlükəsizliyini təmin edə bilmirlər.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə hərbi dəniz qüvvələrinin keçmiş rəhbəri, admiral Alan Uest bəyan edib.

"Donanmamız kəskin şəkildə kiçilib. Qlobal gəmiçiliyin təhlükəsizliyini təmin etmək tapşırığını yerinə yetirmək üçün gəmilərimiz çatmır. Bir-birini əvəz edən hökumətlərin donanmanın bu dərəcədə kiçilməsinə imkan verməsi təəccüblüdür. Patrul gəmiləri iştirakımızı nümayiş etdirmək üçün vacibdir. Lakin 30 il əvvələ nəzər salsaq, bu sularda cəmi iki deyil, dörd və ya beş gəmi üzürdü", — deyə Uest "The Daily Telegraph" qəzetinə bildirib.

Nəşrin məlumatına görə, bir neçə freqatın istismardan çıxarılmasından sonra Böyük Britaniya HDQ tarixinin en kiçik heyətinə qədər geriləyib. Hazırda donanmanın tərkibinə iki aviadaşıyıcı, altı esmines və beş freqat daxildir.

Əlavə olaraq, Britaniyanın atom sualtı qayıqlarının əksəriyyəti sıradan çıxıb və nüvə silahı ilə döyüş növbətçiliyində eyni vaxtda "Vanguard" tipli dörd submarinadan yalnız biri yer alır.