Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu davam edir.
“İki sahil” xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Əvvəlcə “Araz-Naxçıvan” Qəbələdə “İmişli”ni qəbul edəcək. Bu, Cavid Hüseynovun Naxçıvan klubunun baş məşqçisi kimi debüt oyunu olacaq. Eyni zamanda, daha əvvəl “İmişli”ni I Liqada çalışdırmış Fərid Namazov da baş məşqçi kimi Premyer Liqada debüt edəcək.
Günün digər matçında isə son çempion “Sabah” doğma divarlar arasında “Kəpəz”i sınağa çəkəcək.
Qeyd edək ki, dünən start verilən ilk turun digər oyunları avqustun 16-17-də keçiriləcək.
Misli Premyer Liqası
I tur
15 avqust
18:30. “Araz-Naxçıvan” - “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Qəbələ şəhər stadionu
20:45. “Sabah” - “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
“Bank Respublika Arena”
16 avqust
19:00. “Sumqayıt” - “Neftçi”
21:00. “Zirə” - “Şəfa”
17 avqust
19:30. “Qarabağ” - “Şamaxı”
15 avqust
“Turan Tovuz” - “Qəbələ” - 1:0