15 avqust 2026 15:44
81

Husilər Yəməndəki Moha limanına hücum edib, ən azı bir nəfər həlak olub

Husilər Qırmızı dəniz sahilində yerləşən və Yəmən hökumətinin nəzarətində olan Moha limanına hücum ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Yəmən Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.

Hücum nəticəsində təhlükəsizlik xidmətinin ən azı bir əməkdaşı həlak olub.

Bildirilib ki, husilər limana altı ballistik raket atıblar. Nəticədə səkkiz nəfər yaralanıb, iki dəniz piyadası isə itkin düşüb.