16 avqust 2026 21:03
160

“Neftçi” Misli Premyer Liqasına qələbə ilə başladı

Misli Premyer Liqasının 2026/27 mövsümünün ilk turu çərçivəsində “Sumqayıt” “Neftçi”ni qəbul edib.

İki sahil”in məlumatına görə, yarışın 23-cü dəqiqəsində Breno Almeyda hesabı açıb. 31-ci dəqiqədə isə Lyubomir Tupta bakılıların üstünlüyünü iki qola yüksəldib. 55-ci dəqiqədə Breno Almeyda özünün ikinci, komandasının üçüncü qolunun müəllifi olub.

67-ci dəqiqədə Nadir Orucov “Sumqayıt”ın buraxdığı qollardan birinin əvəzini çıxıb – 1-3.

74-cü dəqiqədə meydan sahiblərinin kapitanı Səbuhi Abdullazadə rəqibə qarşı kobudluğa görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Yarışda başqa qol vurulmayıb.

Qeyd edək ki, tura sabah keçiriləcək "Qarabağ" - "Şamaxı" matçı ilə yekun vurulacaq.

 

Misli Premyer Liqası

I tur

16 avqust

19:00. “Sumqayıt” 1–3 “Neftçi”

Qollar: Breno Almeyda, 23 (0-1), Lyubomir Tupta, 31 (0-2), Breno Almeyda, 55 (0-3), Nadir Orucov, 67 (1-3)

Qırmızı vərəqə: Səbuhi Abdullazadə, 74.

Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov

VAR: Kamranbəy Rəhimov

AVAR: Pərvin Talıbov

SOCAR Polymer Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”