23 avqust 2026 22:43
134

MPL: “Neftçi” “Araz-Naxçıvan”ı darmadağın etdi

Bu gün Misli Premyer Liqasının ikinci turu çərçivəsində "Araz-Naxçıvan" "Neftçi"nin qonağı olub.

İki sahil” yazır ki, saat 20:45-də start götürən qarşılaşmanın 14-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Breno Almeyda hesabı açıb. O, 17-ci dəqiqədə özünün və komandasının üstünlüyünü iki qola yüksəldib. 35-ci dəqiqədə topu “Araz-Naxçıvan”ın qapısından keçirən Falaye Sako bakılıların üstünlüyünü artırıb. 41-ci dəqiqədə isə İqor Ribeyro “ağ-qaraların” dördüncü qolunu vurub. Yarışda son qolu Endryu Qravilyon vurub. Bununla da “Neftçi” “Araz-Naxçıvan”ı 5-0 hesabı ilə məğlub edib.

Misli Premyer Liqası,

2-ci tur

23 avqust (bazar)

20:45. “Neftçi” 5–0 “Araz-Naxçıvan”

Qollar: Breno Almeyda, 14 (1-0) Breno Almeyda, 17 (2-0) Falaye Sako, 35 (3-0) İqor Ribeyro, 41 (4-0), Endryu Qravilyon, 90 (5-0)

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Palms Sports Arena” 20:45

Məhərrəm Ağalaroğlu, “İki sahil”