26 avqust 2026 12:45
93

Misir XİN ABŞ və İran arasındakı danışıqların çıxılmaz vəziyyətə düşdüyünü bəyan edib

İran və ABŞ arasında münaqişənin başa çatdırılmasına dair danışıqlar hazırda çıxılmaz vəziyyətdədir.

“İki sahil” xəbər verir ki, bu fikri Misirin xarici işlər naziri Bədr Əbdülati BƏƏ-nin "The National" qəzetinə müsahibəsində bildirib.

"Problem var və bildiyiniz kimi, hazırda nə sülh var, nə də müharibə", — deyə o, qeyd edib.

Nazir, həmçinin vurğulayıb ki, Misir İran tərəfi ilə təmasları saxlamaqda davam edir və nüvə proqramı, ABŞ sanksiyalarının ləğvi, Hörmüz boğazının açılması və atəşkəsi əhatə edəcək saziş əsasında münaqişənin kəskin şəkildə tezliklə bitməsinin tərəfdarıdır.