27 avqust 2026 09:10
94

BMT qlobal münaqişələrin həllində səmərəsizdir

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi postuna namizəd Rafael Qrossi BMT-nin dünya münaqişələrinin nizamlanmasında səmərəsiz olduğunu bəyan edib.

“İki sahil” xəbər verir ki, Qrossi öz fikrini Vaşinqtondakı Henri Stimson adına Mərkəzdə çıxış edərkən bildirib.

"Məsələ münaqişələrə gəldikdə... biz BMT-ni görmürük", - o qeyd edib.

Qrossi misal olaraq Rusiya ilə Ukrayna arasındakı silahlı qarşıdurmanı, Yaxın Şərqdəki eskalasiyanı, həmçinin təşkilatın səylərinin nəzərə çarpmadığı Cənubi Sudan, Sahel bölgəsi və Suriyadakı qeyri-sabitliyi göstərib.

"Artıq xeyli vaxtdır ki, BMT-nin ona bəslənilən ümidləri doğrultmadığı və öz missiyasını yerinə yetirmədiyi barədə fikir mövcuddur. Bu məsələ bu gün ortaya çıxmayıb. Söhbət ondan gedir ki, BMT hər yerdə mövcuddur, lakin, həqiqətən, ehtiyac duyulduğu yerdə yoxdur", - deyə AEBA rəhbəri bildirib.