27 avqust 2026 19:23
94

Səudiyyə Ərəbistanı Yəməndə husilərlə yeni müharibəyə hazırlaşır

Səudiyyə Ərəbistanı Yəməndəki husilər qiyamçı hərəkatına qarşı genişmiqyaslı müharibənin bərpasına hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazır.

Nəşrin məlumatına görə, Ər-Riyad sülhü saxlayacağı təqdirdə buna üstünlük verərdi, lakin hərbi ssenariyə də hazırdır və husilər tərəfindən vəziyyətin daha da kəskinləşəcəyi təqdirdə aviazərbələr endirə bilər. Səudiyyə rəsmisi nəşrə bəyan edib ki, krallıq özünü "bütün zəruri vasitələrlə" müdafiə edəcək.

"The New York Times" qeyd edir ki, yeni münaqişə ABŞ-nin İranla qarşıdurmasında əlavə cəbhə aça bilər. Bununla belə, analitiklər hərəkatın tam hərbi məğlubiyyətini ehtimaldan uzaq hesab edir, Səudiyyə Ərəbistanının olası məqsədi kimi isə onun zəiflədilməsi və Ər-Riyad üçün daha əlverişli şərtlərlə danışıqlara məcbur edilməsini göstərirlər.