27 avqust 2026 22:46
87

Atlantik və ya Sakit okeanların adını dəyişdirməli olacağıq - Tramp

ABŞ Prezidenti Donald Tramp Atlantik və ya Sakit okeanların adını dəyişdirmək niyyətini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə o, Ontario gölünün adının Amerika gölü olaraq dəyişdirilməsi barədə fərman imzaladıqdan sonra mediaya açıqlamasında deyib.

“Bizim bir körfəzimiz və bir gölümüz var — indi bizə lazım olan tək şey okeandır. Bəlkə də Atlantik və ya Sakit okeanların adını dəyişdirməli olacağıq. Bəlkə də hər ikisini dəyişdirəcəyik”, - deyə o bildirib.