Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin bədii səviyyəsini daha da yüksəltmək məqsədilə teatrın rəhbərliyi əsas rolları ifa etmək üçün Ukrayna Milli Operasının solistləri - Xalq Artisti Olqa Naqornayanı və Əməkdar Artist, vokalçıların beynəlxalq müsabiqələri laureatı Dmitri Kuzmini dəvət edib.
Tamaşada, həmçinin Opera və Balet Teatrının aparıcı solistləri - Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər Cahangir Qurbanov, Əkrəm Poladov və gənc vokalçı Nina Makarova çıxış edəcəklər.
Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.