06 yanvar 2017 19:10
655

“YARAT” Müasir İncəsənət Məkanında rəsm dərsləri davam edir

“YARAT” Müasir İncəsənət Məkanı uşaqlar üçün rəsm dərslərini davam etdirir.

AZƏRTAC xəbər verir ki, yanvarın 8-də baş tutacaq növbəti dərslərdə 3-15 yaşlı uşaq və yeniyetmələr iştirak edə bilər.

Budəfəki dərslərdə uşaqlar məşhur rəssamların əsərləri ilə tanış olmaq imkanı qazanmaqla yanaşı, əsərlərin pazıllarını yığacaqlar. Bu dərslərdə balacalar həm əylənəcək, həm də maraqlı əsərlərin hazırlanmasında iştirak edəcəklər.

Qeyd edək ki, sözügedən layihə “YARAT” Müasir İncəsənət Məkanında ənənəvi olaraq hər həftənin son iki günü keçirilir.