02 sentyabr 2026 23:52
75

Tramp Venesuelada seçkilərin keçirilməsini istədiyini bildirib

ABŞ Prezidenti Donald Tramp Venesuelada seçkilərin keçirilməsini istədiklərini, lakin ölkənin hələlik buna hazır olmadığını bildirib.

“İki sahil” xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib. ABŞ lideri Venesuelada seçkilərin keçirilməsi üçün konkret tarix tələb etməmələrinin səbəbi ilə bağlı suala cavabında “Düşünürəm ki, onlar hələ hazır deyillər”, - deyə bildirib. “Biz bunu istəyirik, onlar bunu istəyirlər, Venesuelanın səlahiyyətli Prezidenti Del¬si Rodriqes də bunu istəyir. Lakin onlar hələ hazır deyillər”, - deyə Tramp əlavə edib.