Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialı tərəfindən Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun Bazar meydanında inklüziv sərgi-satış yarmarkası təşkil edilib.
Tədbir İsmayıllı Rayon İcra Hakimiyyəti, Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi və Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun dəstəyi ilə keçirilib.
Sərgi-satış yarmarkasında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri və turistlər iştirak ediblər.
Məqsəd filialda hazırlanan əl işlərini daha geniş auditoriyaya tanıdaraq satışını təşkil etmək, həssas təbəqədən olan müəlliflərin əməyini stimullaşdırmaq, iqtisadi fəallığını artırmaq və əmək bazarına inteqrasiyasına dəstək olmaqdır.
Yarmarka çərçivəsində 50-yə yaxın sənət nümunəsi, o cümlədən bədii oyma, vitraj, misgərlik, dərzilik, xalçaçılıq, dulusçuluq əl işlərinin dostart.az elektron satış platforması vasitəsilə satışı gerçəkləşdirilib.
Tədbir iştirakçıları İsmayıllı “DOST Evi”nin təlimçilərinin köməkliyi ilə əl işlərinin hazırlanma prosesi ilə yaxından tanışlıq imkanı qazanıblar. Yerli və xarici qonaqlara filialın xidmət istiqamətləri, inklüzivliyin təşviqi istiqamətində görülən işlər, eləcə də dostart.az platformasının əhəmiyyəti ilə bağlı məlumat verilib.
Firudin Qurbanov: Bu gün Azərbaycanlı gənclər dövlət proqramı vasitəsilə nüfuzlu universitetlərdə təhsil alırlar
Nazir şagirdləri, tələbələri, müəllimləri, valideynləri və təhsil işçilərini Bilik Günü münasibətilə təbrik edib
Keçmiş məcburi köçkün: Gənclik illərim də kənddə keçdiyindən sanki gəncliyimə qayıdıram