03 sentyabr 2026 10:06
47

IV Beynəlxalq Minatəmizləmə konfransı davam edir

Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı davam edir.

“İki sahil” xəbər verir ki, tədbirin ikinci günündə "Mina təhlükəsi ilə üzləşmiş şəhərlərin bərpasına siyasətlərin inteqrasiyası", "Daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiyalar" mövzusunda panel sessiyalar, o cümlədən "Humanitar minatəmizləmədə milli təcrübə və əldə olunan nəticələr" mövzusunda ölkə üzrə təqdimatlar keçiriləcək.

Yekunda konfransın bəyanatının qəbul edilməsi nəzərdə tutulub.