04 sentyabr 2026 12:55
88

Ali Radada hava həyəcanı səbəbindən "hökumət saatı" ləğv edildi

Kiyevdə elan olunan hava həyəcanı səbəbindən Ali Radada hökumət saatı ləğv edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Rada deputatı Aleksey Qonçarenko bildirib.

"Bu həftə "hökumət saatı" olmayacaq. Hava həyəcanı elan olundu, nazirlər bir saat oturdular, həyəcan isə davam edir. Hər kəs getdi. Plenar həftə bununla da başa çatdı", — deyə o, özünün "Telegram" kanalında yazıb.

Əvvəllər Radada iclasların hava həyəcanı zamanı sığınacaqda keçirilməsi təklif olunmuşdu.