04 sentyabr 2026 13:41
92

Azərbaycan parataekvondoçusu Qran-Pridə qızıl medal qazanıb

Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə ən reytinqli idmançıların iştirakı ilə Qran-Pri turniri keçirilib.

“İki sahil” xəbər verir ki,  Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Azərbaycan parataekvondoçusu Sabir Zeynalov yarışda uğurlu çıxış edərək qızıl medal qazanıb.

K44 kateqoriyasında 58 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində Yaponiyanı təmsil edən Mitsuya Tanakanı məğlub edib. Sabir Zeynalov yarımfinalda Tayvan təmsilçisi Xianq Ven üzərində qələbə qazanaraq finala yüksəlib.

Həlledici görüşdə Braziliya idmançısı Qustavo Ruppeli məğlub edən parataekvondoçu qızıl medal əldə edib.