Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Hannoverdə yaşayan azərbaycanlılarla görüşüb.
“İki sahil” xəbər verir ki, N. Ağayev bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Səmimi və doğma atmosferdə keçən görüş 2016-cı ildən Sevda Yunusovanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərən "Bakı" Alman-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən təşkil olunub", - səfir yazıb. O qeyd edib ki, cəmiyyətin Azərbaycan mədəniyyətinin və milli dəyərlərin təbliği, xalqlar arasında dostluğun möhkəmləndirilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar