06 sentyabr 2026 15:07
105

Naxçıvanda zəncirvari qəza

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, Naxçıvan-Şahbuz magistralında qeydə alınan qəzada "Hyundai", "KIA", "Niva" və "Mercedes" markalı avtomobillər toqquşub. Zəncirvari qəza nəticəsində Gülər Bayramova və Fidan Abdullazadə xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.