06 sentyabr 2026 20:00
85

"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.

“İki sahil” xəbər verir ki, "qırmızı şeytanlar" III turda səfərdə "Everton"la üz-üzə gəlib. Qarşılaşma heç-heçə yekunlaşıb - 2:2. Mançester təmsilçisi hazırda 4 xalla 11-ci, meydan sahibləri 5 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Mançester Yunayted" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Sabah"ı qəbul edəcək. Sentyabrın 10-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.