Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində “Araz-Naxçıvan”la keçirilən qarşılaşmadan sonra Ağdamın “Qarabağ” futbol klubunun qapıçısı Mateuş Koxalski komandadan ayrılıb.
“İki sahil” xəbər verir ki, bu barədə polşalı qolkiper jurnalistlərə açıqlamasında bildirib. Oyundan sonra futbolçu tribunalara yaxınlaşaraq azarkeşlərlə vidalaşıb. Qeyd edək ki, Koxalski 2024-cü ildə “Stal”dan (Melets) “Qarabağ”a keçib. Qapıçı 76 oyunda 28 dəfə qapısını “toxunulmaz” saxlayıb.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq