07 sentyabr 2026 20:59
79

Heydər Əliyev yolu Azərbaycanı zirvəyə yüksəldib

Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının XI konfransı keçirilib.

“İki sahil” xəbər verir ki,  əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev hesabat məruzəsi ilə çıxış edib. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası bu gün ölkənin aparıcı siyasi qüvvəsi kimi fəaliyyətini uğurla davam etdirir.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını, xalqın etimadını qazanaraq mühüm nailiyyətlərə imza atdığını bildirib.

M.Quliyev vurğulayıb ki, Goranboy rayonunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərək bu prosesdə partiya üzvlərinin roluna diqqəti cəlb edib.

Milli Məclisin deputatı Bədəl Bədəlov çıxışında bildirib ki, müasir Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Onun sözlərinə görə, son illərdə ölkəmizin əldə etdiyi mühüm nailiyyətlər, həyata keçirilən irimiqyaslı layihələr, sosial-iqtisadi inkişaf və beynəlxalq müstəvidə möhkəmlənən mövqelər Azərbaycanın tərəqqi yolunda inamla irəlilədiyini nümayiş etdirir.

Millət vəkili bildirib ki, bu tarixi uğurların əldə olunmasında ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının xüsusi rolu vardır: “Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında yaradılan və hazırda Prezident İlham Əliyevin sədrliyi ilə uğurla fəaliyyət göstərən YAP ölkəmizin ictimai-siyasi həyatında

Milli Məclisin deputatı Müşfiq Cəfərov Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlərdən danışıb. O, “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət ölkənin siyasi, iqtisadi və sosial inkişafını daha da sürətləndirib, Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib”, - deyə vurğulayıb. Deputat qeyd edib ki, bu uğurların əsasında xalq-iqtidar birliyi, milli həmrəylik və cəmiyyətin qarşıya qoyulan məqsədlər ətrafında səfərbər olunması dayanır.

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov bildirib ki, YAP-ın fəaliyyəti ölkəmizdə sabitliyin və milli həmrəyliyinin qorunmasında mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının sıralarında birləşən insanlar rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər: “Onların dövlətçilik ideyalarına sədaqəti, ictimai fəallığı və təşəbbüskarlığı təqdirəlayiqdir”.

Konfransda YAP Goranboy rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.